Azərbaycan iyul ayı üzrə neft hasilatının artırılması planının qüvvədə qalmasına razılıq verib

Azərbaycan iyul ayı üzrə neft hasilatının artırılması planının qüvvədə qalmasına razılıq verib
# 01 iyun 2021 20:48 (UTC +04:00)

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 17-ci iclasında iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, nazir Pərviz Şahbazovun iştirakı ilə keçirilən iclasda Azərbaycan da “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 mln. barrel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.

Qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması barədə öhdəliyi iyulda gündəlik 98 min barrel olaraq qalacaq. Bu isə o deməkdir ki, xam neft hasilatı 10 min barrel artırılacaq. Beləliklə, iyul ayında ölkədə xam neft hasilatı gündəlik 620 min barrel həcmində saxlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR