Azərbaycan iyun ayında “OPEC+” üzrə öhdəliyini yerinə yetirib

Azərbaycan iyun ayında “OPEC+” üzrə öhdəliyini yerinə yetirib
# 10 iyul 2021 11:28 (UTC +04:00)

Bu ilin iyun ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 705.1 min barrel olub.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunun 610 min barrelini xam neft, 95.1 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə orta günlük xam neft hasilatının cari ilin iyun ayında 610 min barrel, iyul ayında isə 620 min barrel səviyyəsində saxlanılması müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR