Azərbaycan magistral qaz kəmərlərindən gəlirlərini kəskin artırıb

Azərbaycan magistral qaz kəmərlərindən gəlirlərini kəskin artırıb
# 26 avqust 2021 16:41 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycanda magistral qaz kəmərləri vasitəsilə 873 109,9 min manat məbləğində xidmətlər göstərilib, bu da illik müqayisədə 49% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ilin müvafiq dövründə bu göstərici 571 789,6 min manat təşkil edib.

Qeyd etmək lazımdır ki, ötən il magistral qaz kəmərləri vasitəsilə 1 196 728,1 min manat məbləğində xidmətlər göstərilib, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 20,7% artım deməkdir.

Xatırladaq ki, bu ilin birinci yarısında Azərbaycanda magistral qaz kəmərləri ilə 17 072,4 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 9,5% çoxdur. Qazın nəqlinin 49%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 8 368,5 mln. kubmetr qaz ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 43,5%-lik artım).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR