Azərbaycan maye qazın ixracını kəskin artırıb

Azərbaycan maye qazın ixracını kəskin artırıb
# 21 may 2021 10:13 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan 18 236,3 ton maye qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,9% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu ilin yanvar-mart aylarında ixrac edilən maye qazın dəyəri 2 841,4 min ABŞ dolları təşkil edib ki, bu da illik 35,2% çoxdur.

Xatırladaq ki, ötən il ərzində Azərbaycan 40 253,7 ton maye qaz ixrac edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 23,9% azdır. 2020-ci ildə ixrac edilən maye qazın dəyəri 5 029,8 min ABŞ dolları təşkil edib ki, bu da illik ifadədə 58,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR