Azərbaycan neft ixracını 9% azaldıb

Azərbaycan neft ixracını 9% azaldıb
# 17 may 2021 15:44 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 10 737 847,94 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib ki, bu da illik müqayisədə 9,3% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının dəyəri 4 353 097,9 ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9,7% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR