Azərbaycan neft məhsullarının istehsalını 16%-dən çox artırıb

Heydər Əliyev adına NEZ

© APA | Heydər Əliyev adına NEZ

# 15 noyabr 2021 18:27 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 633,8 mln. manat olmaqla, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,1 dəfə, sürtkü yağlarının istehsalı 65,6%, neft koksunun istehsalı 33,7%, dizel yanacağının istehsalı 21,8%, avtomobil benzininin istehsalı 7,5%, neft bitumunun istehsalı 0,6% artıb, yanacaq mazutunun istehsalı isə 27,4% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR