Azərbaycan neft məhsullarının ixracını artırıb

Azərbaycan neft məhsullarının ixracını artırıb
# 17 may 2021 16:13 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 163 409,16 min ABŞ dolları dəyərində 388 311,66 ton neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 51,3%, həcmi isə 10,7% artıb.

Xatırladaq ki, ötən il Azərbaycan 295 114,95 min ABŞ dolları dəyərində 1 063 868,13 ton neft məhsulları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2019-cu ilin göstəricisi ilə müqayisədə 36,2% azalıb, həcmi isə 8,6% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR