Azərbaycan nefti həftə ərzində 5%-dək bahalaşıb

Azərbaycan nefti həftə ərzində 5%-dək bahalaşıb
# 02 avqust 2021 09:30 (UTC +04:00)

Ötən həftə ərzində (26-30 iyul) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 74,84 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,3 dollar və ya 4,6% çoxdur.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (V gün) – 75,86 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 74,16 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR