Azərbaycan neftinin orta qiyməti avqustda 70 dollardan yuxarı olub

Azərbaycan neftinin orta qiyməti avqustda 70 dollardan yuxarı olub
# 01 sentyabr 2021 17:30 (UTC +04:00)

Bu ilin avqust ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 70,24 ABŞ dollarına bərabər olub. Bu, iyul ayının orta qiyməti ilə müqayisədə 4,54 dollar və ya 6,1% azdır.

"APA-Economics"in məlumatına görə, avqust ayında ən yüksək göstərici (avqustun 2-i) – 73,48 dollar təşkil edib, ən minimal göstərici isə (avqustun 19-u) 65,41 dollar səviyyəsində olub.

Qeyd edək ki, hesablamalar SOCAR-ın məlumatları əsasında aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR