Azərbaycan neftinin orta qiyməti noyabrda 82 dollardan yuxarı olub

Azərbaycan neftinin orta qiyməti noyabrda 82 dollardan yuxarı olub
# 01 dekabr 2021 09:59 (UTC +04:00)

Bu ilin noyabr ayının nəticələrinə görə, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 82,74 ABŞ dollarına bərabər olub ki, bu da oktyabr ayının orta qiyməti ilə müqayisədə 2,76 dollar və ya 3,23% azdır.

"APA-Economics"in apardığı hesablamalara əsasən, noyabr ayında ən yüksək göstərici (noyabrın 1-i və 2-si) – 87,08 dollar təşkil edib, ən minimal göstərici isə (noyabrın 30-u) 71,74 dollar səviyyəsində olub. Ay ərzində Azərbaycan neftinin qiyməti 17,6% və ya 15,34 dollar azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR