Azərbaycan neftinin orta qiyməti ötən həftə 3% azalıb

Azərbaycan neftinin orta qiyməti ötən həftə 3% azalıb
# 22 noyabr 2021 10:30 (UTC +04:00)

Ötən həftə (15-19 noyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 82,62 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,75 dollar və ya 3,22% azdır.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (II gün) – 83,9 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 80,39 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR