Azərbaycan neftinin orta qiyməti ötən həftə 70 dolları üstələyib  

Azərbaycan neftinin orta qiyməti ötən həftə 70 dolları üstələyib  
# 30 avqust 2021 09:51 (UTC +04:00)

Ötən həftə ərzində (23-27 avqust) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 70,14 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,29 dollar və ya 3,38% çoxdur.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (V gün) – 71,43 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 68,12 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR