Azərbaycan neftinin qiyməti 87 dolları keçib

Azərbaycan neftinin qiyməti 87 dolları keçib
# 02 noyabr 2021 10:24 (UTC +04:00)

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,91 ABŞ dolları və ya 1,06% artaraq 87,08 dollar təşkil edib.

Qeyd edək ki, ötən həftə ərzində (25-29 oktyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 87,04 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,63 dollar və ya 0,73% çoxdur.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (I gün) – 88,19 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 85,78 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR