Azərbaycan oktyabrda elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan oktyabrda elektrik enerjisinin istehsalını artırıb
# 30 noyabr 2021 09:40 (UTC +04:00)

Oktyabr ayında Azərbaycan üzrə elektrik enerjisinin istehsalı 2 168,8 mln. kVt-saat, ixracı 125,8 mln. kVt-saat, idxalı 10,3 mln. kVt-saat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 273,1 mln. kVt-saat, ixrac 66 mln. kVt-saat artıb, idxal isə 0,4 mln. kVt-saat azalıb.

Bu barədə “APA-Economics” Energetika Nazirliyinin cari ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlarına istinadən xəbər verir.

“Cari ilin yanvar-oktyabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 554,4 mln. kVt-saat artaraq 22 855,8 mln kVt-saat olub. Hesabat dövründə ötən ilin 10 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 1 394,8 mln. kVt-saat artaraq 21 458,6 mln kVt-saat, SES-lərdə 162,5 mln. kVt-saat artaraq 1 108,9 mln. kVt-saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 2,9 mln. kVt-saat azalaraq 288,3 mln. kVt-saat olub. Külək elektrik stansiyalarında 77 mln. kVt-saat, günəş elektrik stansiyalarında 48,5 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 162,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib”, - məlumatda deyilir.

Yanvar-oktyabr aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 20 504,3 mln. kVt-saat (İES-lərdə 19 525,3 mln. kVt-saat, SES-lərdə 979 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 379,1 mln. kV-saat (İES-lərdə 216,8 mln. kVt-saat, SES-lərdə 117,4 mln. kVt-saat, GES-də 44,9 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 56,7 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə 1 915,7 mln. kVt-saat təşkil edib.

2021-ci ilin 10 ayı ərzində elektrik enerjisinin ixracı 1 156,0 mln. kVt-saat olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 254,9 mln. kVt-saat artıb. İrana 252,8 mln. kVt-saat, Türkiyəyə 318,6 mln. kVt-saat, Rusiyaya 79,1 mln. kVt-saat, Gürcüstana isə 505,5 mln. kVt-saat elektrik enerjisi ixrac edilib.

Bu dövrdə elektrik enerjisinin idxalı 130,8 mln. kVt-saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,8 mln. kVt-saat artıb. İrandan 27,3 mln. kVt-saat, Rusiyadan 78,9 mln. kVt-saat, Gürcüstandan isə 24,6 mln. kVt-saat elektrik enerjisi idxal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR