Azərbaycan oktyabrda qızıl hasilatını 6%-dən çox artırıb

Azərbaycan oktyabrda qızıl hasilatını 6%-dən çox artırıb
# 16 noyabr 2021 09:48 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 876,8 kq qızıl hasil edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,5% azdır.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. Təkcə oktyabr ayında 268,7 kq qızıl istehsal olunub ki, bu da sentyabr ayı ilə müqayisədə 6,1% çoxdur.

Hesabat dövründə ölkədə 3 958 kq gümüş istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,6% artıb. Təkcə oktyabr ayında 447,8 kq gümüş hasil olunub ki, bu da sentyabr ayı ilə müqayisədə 17,4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR