Azərbaycan "OPEC+" üzrə neft hasilatının artırılması konsensusuna qoşulub

Azərbaycan "OPEC+" üzrə neft hasilatının artırılması konsensusuna qoşulub
# 05 noyabr 2021 09:29 (UTC +04:00)

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaldılması üzrə təşəbbüs) ölkələri nazirlərinin ötən gün baş tutmuş 22-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barel artırılması üzrə nazirlərin iyul iclasında qəbul edilmiş qərarın qüvvədə qalmasına dair razılıq əldə edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barel təşkil edəcək. Yəni, Azərbaycan gündəlik xam neft hasilatını noyabr ayı ilə müqayisədə 7 min barel artırmaqla 654 min barel həcmində saxlamaq imkanı əldə edib.

Məlumata görə, Pərviz Şahbazov iclasdan sonra təşkil olunmuş mətbuat konfransı zamanı ünvanlanmış suallara cavab olaraq deyib: “Bu gün qəbul edilmiş qərar həmişə olduğu kimi konsensus əsasında qəbul edilib və faktlara, araşdırmalara, təhlillərə əsaslanır”.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 23-cü iclasının 2 dekabr tarixində keçirilməsi razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR