Azərbaycan ötən ay "OPEC+" öhdəliyini artıqlaması ilə yerinə yetirib

Azərbaycan ötən ay "OPEC+" öhdəliyini artıqlaması ilə yerinə yetirib
# 17 noyabr 2021 13:48 (UTC +04:00)

Bu ilin oktyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 704,4 min barel olub. Bunun 585,9 min barelini xam neft, 118,5 min barelini isə kondensat təşkil edib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs – red.) ölkələri nazirlərinin 20-ci iclasında qəbul edilmiş qərar oktyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatının 640 min barelə çatdırılmasını və ixtisarla bağlı öhdəliyin 78 min barel həcmində olmasını nəzərdə tuturdu. Göründüyü kimi, Azərbaycan oktyabr ayında “OPEC+” öhdəliyini artıqlaması ilə (109,2%) yerinə yetirib.

Qeyd edək ki, nazirlərin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi noyabrda gündəlik 71 min barel təşkil edir. Bu isə ölkəmizdə xam neftin ötən ayla müqayisədə noyabrda gündəlik olaraq 7 min barel çox, yəni 647 min barel istehsalına imkan yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR