Azərbaycan qaz hasilatını artırıb

Azərbaycan qaz hasilatını artırıb
# 16 noyabr 2021 09:43 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 26,5 mlrd. manat olub, bu da illik müqayisədə 1,6% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 28 727,7 min ton, əmtəəlik təbii qaz hasilatı isə 26 427,9 mln. kub metr təşkil edib. Əmtəəlik neft hasilatı illik müqayisədə 0,1% azalıb, əmtəəlik qaz hasilatı isə 22% artıb.

Qeyd olunur ki, hesabat dövründə Azərbaycanda 28 779,8 min ton neft (0,3%) və 35 753,1 mln. kubmetr qaz (+17%) hasil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR