Azərbaycan qaz ixracını 35% artırıb

Azərbaycan qaz ixracını 35% artırıb
# 24 avqust 2021 10:18 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 10,4 mlrd. kubmetr qaz ixrac edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35% çoxdur.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,2 mlrd. kubmetr, Avropaya təqribən 4 mlrd. kub metr, Gürcüstana isə 1,1 mlrd. kub metr qaz ixrac edilib.

Məlumata görə, hesabat dövründə “Bakı-Tbilisi-Ceyhan” boru kəməri sisteminə 58,4 mln. kub metr qaz verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR