Azərbaycan "Qazprombank"la "yaşıl maliyyələşmə"ni müzakirə edəcək

Azərbaycan "Qazprombank"la "yaşıl maliyyələşmə"ni müzakirə edəcək
# 30 iyun 2021 10:35 (UTC +04:00)

Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Qazprombank"ın (Rusiya) birinci vitse-prezidenti, kapital bazarları blokunun rəhbəri Denis Şulakovun başçılıq etdiyi nümayəndə heyətini video-konfrans formatında qəbul edib.

Energetika Nazirliyindən "APA-Economic"ə verilən məlumata görə, görüşdə energetika sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji potensialı, sektorda davam edən islahatlar, görülən işlər və nəzərdə tutulan planlar, həmçinin bu prosesin özəl sektor üçün yaradacağı imkanlar diqqətə çatdırılıb.

Məlumata görə, bank təmsilçiləri tərəfindən isə aşağı karbonlu iqtisadiyyata keçid, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji effektivliyi tədbirləri üçün istifadə edilə bilən "yaşıl istiqraz"lar, "yaşıl investisiya"lar və "yaşıl maliyyələşmə" mexanizmləri haqqında məlumat verilib.

Görüşün sonunda müvafiq sahədə müzakirələrin davam etdirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR