Azərbaycan qeyri-neft məhsullarının istehsalını 17%-dək artırıb

Azərbaycan qeyri-neft məhsullarının istehsalını 17%-dək artırıb
# 17 may 2021 12:22 (UTC +04:00)

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-aprel aylarında 14,9 mlrd. manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8% az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,9% azalması hesabına baş verib, sənayenin qeyri-neft sektorunda isə məhsul istehsalı 16,5% artıb.

Sənaye məhsulunun 62,9%-i mədənçıxarma sektorunda, 30,5%-i emal sektorunda, 5,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Qeyd olunur ki, mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,9% azalıb, əmtəəlik qaz hasilatı isə 9,3% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR