Azərbaycan tibbi maska istehsalını kəskin artırıb

Azərbaycan tibbi maska istehsalını kəskin artırıb
# 15 sentyabr 2021 10:36 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 17,8 mln. ədəd tibbi maska istehsal edilib. Bu, illik müqayisədə 56,1% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Təkcə avqust ayında 2,7 mln. ədəd maska istehsal olunub ki, bu da iyul ayı ilə müqayisədə 2,3 dəfə çoxdur.

Qeyd edək ki, sentyabrın 1-nə ölkədə hazır maska ehtiyatı 0,8 mln. ədəd təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR