Azərbaycan traktor istehsalını artırıb

Azərbaycan traktor istehsalını artırıb
# 15 iyun 2021 13:39 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda 239 traktor istehsal olunub ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, təkcə may ayında 77 vahid sözügedən texnikadan buraxılıb ki, bu da aprel ayı ilə müqayisədə 6,9% çoxdur. İyunun 1-nə hazır məhsul ehtiyatı 70 traktor təşkil edib.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda 300 traktor istehsal olunub, bu da illik müqayisədə 66,9% azdır. Ölkədə traktorların istehsalı ötən ilin may ayından etibarən dayandırılmışdı və yalnız avqustda bərpa olunaraq dekabrda qədər davam edib və bu ilin fevralından yenidə bərpa olunub.

Xatırladaq ki, 2020-ci il ərzində Azərbaycan xaricdən 44,458 mln. ABŞ dolları (75,579 mln. manat) dəyərində 1 986 vahid müxtəlif növ traktor idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR