Azərbaycan və Türkiyə arasında birgə hidrogen araşdırmaları institutu yaradıla bilər

Erol Yarar

© APA | Erol Yarar

# 13 noyabr 2021 12:10 (UTC +04:00)

Bakıda 14-17 noyabr tarixlərində keçiriləcək 25-ci Beynəlxalq Biznes Forumu (IBF – International Business Forum) çərçivəsində Azərbaycan və Türkiyə arasında birgə hidrogen araşdırmaları institutun yaradılması məsələsi müzakirə ediləcək.

APA-Economics”in məlumatına görə, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) təşkil olunan mətbuat konfransı zamanı İBF Forumunun prezidenti, MÜSİAD-ın qurucu rəhbəri Erol Yarar bildirib.

Onun sözlərinə görə, ənənəvi enerji mənbələrindən istifadənin azaldılması tendensiyası çərçivəsində hidrogenin istehsalı və dünya bazarlarına çıxarılması məsələsi aktualdır. Hazırda bu sahənin inkişafına dünyada milyardlarla dollar investisiya yönəldilir və bu yönümdə Azərbaycanla Türkiyə arasında birgə hidrogen texnologiyalarının araşdırmaları institutun yaradılması aktualdır və keçiriləcək forumda da müzakirə mövzusu olacaq.

Bununla yanaşı, forum zamanı Türkiyə tərəfi kənd təsərrüfatı məhsullarının tarladan dünya bazarına çıxardılmasını nəzərdə tutan "ağıllı kənd" layihəsini də təqdim edəcək.

E. Yarar onu da əlavə edib ki, Azərbaycanda bu sahənin inkişafı üçün geniş imkanlar var. Bundan əlavə, Azərbaycanda turizmin və tibb sahələrinin inkişafı məsələlərinə da forum zamanı baxılacaq.

Qarabağın iqtisadi inkişafı məsələsinə toxunan E. Yarar qeyd edib ki, burada kənd təsərrüfatın inkişafı üçün böyük imkan və perspektivlər var. Səhiyyə sahəsinin Qarabağda inkişafı məsələsi də forumunun mövzularından biri olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR