Azərbaycan yanvar-mayda qaz ixracını 32% artırıb

Azərbaycan yanvar-mayda qaz ixracını 32% artırıb
# 25 iyun 2021 13:19 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın xaricə qaz satışı təxminən 7,4 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 32% çoxdur.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin yanvar-may aylarında Türkiyəyə təqribən 4,2 mlrd. kubmetr, Avropaya təqribən 2,1 mlrd. kubmetr, Gürcüstana isə 1,1 mlrd. kubmetr qaz ixrac edilib.

Məlumata görə, hesabat dövründə Bakı-Tbilisi-Ceyhan neft kəməri sisteminə 43,2 mln. kubmetr qaz verilib.

"Trans-Anadolu qaz kəməri (TANAP) ilə Türkiyəyə bu müddətdə 2,2 mlrd. kubmetrdən çox qaz nəql olunub", - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR