Azərbaycanda bu il 2,6 ton qızıl, 3,5 ton gümüş istehsal olunub

Azərbaycanda bu il 2,6 ton qızıl, 3,5 ton gümüş istehsal olunub
# 19 oktyabr 2021 12:16 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 608,1 kq qızıl hasil edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,7% azdır.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. Təkcə sentyabr ayında 253,3 kq qızıl istehsal olunub ki, bu da avqust ayı ilə müqayisədə 14,5% azdır.

Hesabat dövründə ölkədə 3 510,2 kq gümüş istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,7% artıb. Təkcə sentyabr ayında isə 381,4 kq gümüş hasil olunub ki, bu da avqust ayı ilə müqayisədə 11,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR