Azərbaycanda bu il hasil edilən qazın böyük hissəsi “Şahdəniz”in payına düşüb

Azərbaycanda bu il hasil edilən qazın böyük hissəsi “Şahdəniz”in payına düşüb
# 24 avqust 2021 10:06 (UTC +04:00)

Bui ilin yanvar-iyul aylarında Azərbaycanda 24,1 mlrd. kub metr qaz hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən 7,8%, yəni 1,7 mlrd. kub metr artımla qaz hasil edilib.

Məlumata görə, qazın 7,5 mlrd. kubmetri ”Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlarından, 12 mlrd. kubmetri “Şahdəniz” qaz-kondensat yatağından, 4,6 mlrd. kubmetri SOCAR üzrə hasil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR