Azərbaycanda dizel istehsalı 6% artıb - CƏDVƏL

Azərbaycanda dizel istehsalı 6% artıb - CƏDVƏL
# 19 may 2021 17:25 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 198,8 mln. manat olub ki, bu da illik müqayisədə 1,4% azadır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü neft məhsullarından sürtkü yağlarının istehsalı 91,3 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 35% , neft koksunun istehsalı 13,8%, dizel yanacağının istehsalı 6% artıb.

Məlumata görə, hesabat dövründə ölkədə neft bitumunun istehsalı 14,8%, avtomobil benzininin istehsalı 10%, ağ neftin istehsalı 20,3%, yanacaq mazutunun istehsalı isə 27,1% azalıb.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

Yanvar-aprel, 2021-ci il

İllik müqayisə, %

Avtomobil benzini, min ton

365,5

90

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

137,2

135

Ağ neft, min ton

148,7

79,7

Dizel yanacağı, min ton

776,8

106

Yanacaq mazutu, min ton

21,3

72,9

Sürtkü yağları, min ton

17,6

191,3

Neft bitumu, min ton

67,6

85,2

Neft koksu, min ton

87,5

113,8

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR