Azərbaycanda dizel istehsalı artıb, benzin istehsalı azalıb - CƏDVƏL

Azərbaycanda dizel istehsalı artıb, benzin istehsalı azalıb - CƏDVƏL
# 17 avqust 2021 17:54 (UTC +04:00)

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 417 mln. manat olub ki, bu da illik müqayisədə 8,5% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə neft məhsullarından sürtgü yağlarının istehsalı 88,9%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 55,4%, neft koksunun istehsalı 21,1%, dizel yanacağının istehsalı 11,9%, ağ neft istehsalı 3,9%, artıb.

Məlumata görə, hesabat dövründə ölkədə avtomobil benzininin istehsalı 3,6%, yanacaq mazutunun istehsalı isə 39% azalıb.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

Yanvar-iyul, 2021-ci il

İllik müqayisə, %

Avtomobil benzini, min ton

690,1

96,4

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

247,4

155,4

Ağ neft, min ton

291,3

103,9

Dizel yanacağı, min ton

1 458,7

111,9

Yanacaq mazutu, min ton

25,5

61

Sürtkü yağları, min ton

30,6

188,9

Neft bitumu, min ton

197,1

114,3

Neft koksu, min ton

153,7

121,1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR