Azərbaycanda dizel yanacağının istehsalı 10% artıb

Azərbaycanda dizel yanacağının istehsalı 10% artıb
# 15 iyul 2021 10:14 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 977 mln. manat olub ki, bu da illik müqayisədə 15,5% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü neft məhsullarından sürtkü yağlarının istehsalı 79,6%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 53% , neft koksunun istehsalı 18,3%, dizel yanacağının istehsalı 10% , neft bitumunun istehsalı 10,4%, artıb.

Məlumata görə, hesabat dövründə ölkədə avtomobil benzininin istehsalı 5,3%, ağ neftin istehsalı 43%, yanacaq mazutunun istehsalı isə 37,8% azalıb.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

Yanvar-iyun, 2021-ci il

İllik müqayisə, %

Avtomobil benzini, min ton

579,1

94,7

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

211,8

153

Ağ neft, min ton

241,4

96

Dizel yanacağı, min ton

1 230,8

110

Yanacaq mazutu, min ton

24,4

62,2

Sürtkü yağları, min ton

24,6

179,6

Neft bitumu, min ton

150,1

110,4

Neft koksu, min ton

131,8

118,3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR