Azərbaycanda əhali qrupu üzrə qazın istehlakı 7%-dək artıb

Azərbaycanda əhali qrupu üzrə qazın istehlakı 7%-dək artıb
# 20 avqust 2021 11:03 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhali tərəfindən 2 360,3 mln. kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7% çox təbii qaz istehlak edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, istehlak edilən qazın 37,2%-i Bakı şəhərinin payəna düşüb.

Məlumata görə, hesabat dövründə ölkə üzrə əhali tərəfindən istehlak edilən qazın 3,5%-i Naxçıvan Muxtar Respublikasının, 10,7%-i Abşeron-Xızı, 6,1%-i Mərkəzi Aran, 6%-i Gəncə-Daşkəsən, 6%-i Lənkəran-Astara, 5,9%-i Qazax-Tovuz, 5%-i Şəki-Zaqatala, 4,9%-i Quba-Xaçmaz, 4,6%-i Qarabağ, 3,9%-i Mil-Muğan, 3,8%-i Şirvan-Salyan, 2,4%-i isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR