Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı sektorunun gəlirləri artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı sektorunun gəlirləri artıb
# 15 iyul 2021 15:45 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 203,2 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da illik müqayisədə 1,2% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verlən məlumata görə, hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 198,4 mln. manat təşkil edib, bu da 2020-ci ilin müvafiq göstərici ilə müqayisədə 11,2% çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 974,4 mln. manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilib (2,4%-lik artım). Su təchizatı, ötən il tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 10,4% azalaraq 318,6 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR