Azərbaycanda elektrik enerjisi təchizatında itkilərin azaldılması üçün TİƏ sənədi hazırlanacaq

Azərbaycanda elektrik enerjisi təchizatında itkilərin azaldılması üçün TİƏ sənədi hazırlanacaq
# 30 sentyabr 2021 18:09 (UTC +04:00)

Azərbaycan Energetika Nazirliyi, o cümlədən aidiyyəti qurumların mütəxəssislərinin rəy və təklifləri nəzərə alınmaqla illik elektrik enerjisi təchizatında fasilələrin azalması və texnoloji itkilərin minimuma endirilməsi məqsədilə görüləcək işlərlə bağlı texniki-iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması qərara alınıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu barədə qərar, biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Elektrik təchizatı şəbəkələrinə qoşulma" İşçi Qrupunun video-konfrans formatında növbəti iclası zamanı verilib.

İclasda, həmçinin elektrik təchizatı şəbəkələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən Kommunikasiya Strategiyasının hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb, "Azərişıq" ASC ilə "Deloitte" şirkəti arasında bu sahədə sıx əməkdaşlığın qurulması barədə fikirlər səsləndirilib.

Eyni zamanda işçi qrupunun fəaliyyətində səmərəliliyinin artırılması məqsədilə özəl sektorun, o cümlədən aidiyyəti dövlət qurumlarının nümayəndələrinin İşçi Qrupuna cəlb olunması məsələsinə baxılması təklif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR