Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

Azərbaycanda elektrik enerjisinin istehsalı artıb
# 17 iyun 2021 09:51 (UTC +04:00)

Bu ilin may ayında ölkə üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,5 mln. kVt-saat artaraq 1 980,1 mln. kVt-saat olub.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin yanvar-may aylarında isə elektrik enerjisinin istehsalı 10 928,0 mln. kVt-saat olub. Hesabat dövründə ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 19,5 mln. kVt-saat artaraq 10 115,1 mln. kVt-saat, SES-lərdə 110,1 mln. kVt-saat artaraq 659,1 mln. kVt-saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 2 mln. kVt-saat artaraq 153,8 mln. kVt-saat olub. Bu dövrdə külək elektrik stansiyalarında 39 mln. kVt-saat, günəş elektrik stansiyalarında 20,2 mln. kVt-st, bərk məişət tullantılarının yandırılması zavodunda 94,6 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

5 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9 790,7 mln. kVt-saat (İES-lərdə 9 208,5 mln. kVt-saat, SES-lərdə 582,2 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 161,4 mln. kVt-saat (İES-lərdə 73,8 mln. kVt-saat, SES-lərdə 69,1 mln. kVt-saat, GES-də 18,5 mln. kVt-saat), müstəqil elektrik stansiyaları üzrə 947,6 mln. kVt-saat, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 28,3 mln. kVt-saat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR