Azərbaycanda elektrik enerjisinin nəqli üzrə gəlirlər 8% artıb

Azərbaycanda elektrik enerjisinin nəqli üzrə gəlirlər 8% artıb
# 05 avqust 2021 18:17 (UTC +04:00)

Cari ilin I-ci yarısında Azərbaycanda 26 257,5 min manatlıq elektrik enerjisinin nəqli üzrə xidmətlər göstərilib, bu da illik müqayisədə 7,9% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ilin yanvar-iyun aylarında bu göstərici 24 343,5 min manat təşkil edib.

Məlumata görə, hesabat dövrü ərzində ölkədə 863,5 min manat həcmində elektrik enerjisinin paylanması üzrə xidmətlər göstərilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% azdır. 2020-ci ilin I-ci yarısında bu göstərici 930,9 min manat təşkil edib.

Qeyd edək ki, Azərbaycanda hesabat dövründə 12 373,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib, bu da illik müqayisədə 2,7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR