Azərbaycanda elektrik stansiyalarına verilən təbii qazın tarifi 1 qəpik artırılıb  

Azərbaycanda elektrik stansiyalarına verilən təbii qazın tarifi 1 qəpik artırılıb  
# 30 iyun 2021 16:41 (UTC +04:00)

30 iyun 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin artırılmasının həmin təbəqənin gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi qeyd edilib.

Tarif Şurasından "APA-Economics"ə verilən məlumata görə, qəbul edilmiş tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur.

"İqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb", - məlumatda qeyd edilir.

Məlumata görə, həmçinin təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.

Qərar 1 iyul 2021-ci il tarixindən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR