Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 363,6 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 88,8%, rezin və plastik kütlə məmulatlarının istehsalında 22,1%, kimya sənayesi məhsullarının istehsalında isə 16,1% artıb.
Hesabat dövründə ölkədə 7 455,4 min kubmetr oksigen istehsal olunub ki, bu da illik ifadədə 4 dəfə çoxdur. İstehsal olunmuş oksigenin 7 428,5 min kubmetri (artım 4,1 dəfə) əmtəəlik oksigenin payına düşüb.
Məlumata görə, hesabat dövründə əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 2,1 dəfə, rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı isə 3,9 dəfə artıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
Məhsul növləri |
2021-ci il, yanvar-sentyabr |
2020-ci ilin müvafiq dövrünə nisbətən, % |
Azot, min kubmetr |
16 879,1 |
101,1 |
ondan əmtəəlik |
645,1 |
2,1 dəfə |
Yod, ton |
125,6 |
92,8 |
Oksigen, min kubmetr |
7 455,4 |
4 dəfə |
ondan əmtəəlik |
7 428,5 |
4,1 dəfə |
Propilen, min ton |
105,4 |
136,7 |
ondan əmtəəlik |
98,7 |
135 |
Polietilen, min ton |
121,6 |
118,7 |
Etilen, min ton |
123,7 |
121,2 |
Metanol (metil spirti), min ton |
248,8 |
67,6 |
Lak-boya məmulatları, ton |
20 817,5 |
2,1 dəfə |
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
32 036,8 |
125,1 |