Azərbaycanda III rübdə neft emalı kəskin artıb

Heydər Əliyev adına NEZ

© APA | Heydər Əliyev adına NEZ

# 14 oktyabr 2021 18:03 (UTC +04:00)

Bu ilin iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən 1,8 mln. ton neft emal olunub ki, bu da ötən ilin müvafiq aylarında olduğundan 46,5% çoxdur.

"APA-Economic"in SOCAR-ın rüblük hesabatına istinadən verdiyi məlumata görə, bu kəskin artım ötən il Heydər Əliyev adına NEZ-də aparılmış dövri təmir işlərinin məhz ilin üçüncü rübünə təsadüf etməsi ilə izah olunur. Bu ilin III rübündə isə zavod dövri təmirə dayanmayıb.

Hesabata əsasən, rüb ərzində SOCAR-ın Qaz Emalı Zavodunda 812 mln. kubmetr qaz emal edilib.

"III rübdə şirkətin ixrac etdiyi neft-qaz emalı və neft-kimya məhsullarının da həcmi nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. SOCAR Azərbaycandan təqribən 1,1 mln. ton həcmində, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 88% çox neft emalı və neft-kimya məhsulları ixrac edib", - hesabatda qeyd olunur.

Qeyd olunub ki, bu artımda yuxarıda göstərilən səbəbdən NEZ-də istehsalın yüksəlməsi mühüm rol oynayıb. Bununla yanaşı, yüksək təzyiqli polietilen, mütləqləşdirilmiş izopropil spirti və karbamid kimi kimya məhsullarının ixracında da əhəmiyyətli artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR