Azərbaycanda neft kəmərlərində itkilər artıb

Azərbaycanda neft kəmərlərində itkilər artıb
# 24 avqust 2021 16:39 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycanda neft kəmərlərində 1,8 min ton itki olub, bu da illik müqayisədə 38,5% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin yanvar-iyun aylarında respublika üzrə neft kəmərlərində itkilər 1,3 min ton təşkil edib.

Qeyd edək ki, ötən il Azərbaycanda neft kəmərlərində 2,8 min ton itki olub, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,5% azdır.

Xatırladaq ki, cari ilin birinci yarısında Azərbaycanda magistral neft kəmərləri ilə 17 458,1 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4,9% azdır. Nəqletmənin 74,9%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və yanvar-iyun aylarında kəmər vasitəsilə 13 072,3 min ton neft ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11%-lik azalma).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR