Azərbaycanda oksigen istehsalı dörd dəfə artıb - CƏDVƏL

Azərbaycanda oksigen istehsalı dörd dəfə artıb - CƏDVƏL
# 17 avqust 2021 19:07 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 969,4 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 88,3%, rezin və plastik kütlə məmulatlarının istehsalında 20,1% artıb, kimya sənayesi məhsullarının istehsalında isə 3,7% azalıb.

Məlumata görə, əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 99,2%, rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı isə 5 dəfə artıb.

Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2021-ci il, yanvar-iyul

2020-ci ilin müvafiq ayına nisbətən, %

Azot, min kub m

13 018,9

99,7

ondan əmtəəlik

428,9

149,9

Yod, ton

97,2

91,9

Oksigen, min kub m

5 646,5

4 dəfə

ondan əmtəəlik

5 625,5

4,1 dəfə

Propilen, min ton

81,7

107,5

ondan əmtəəlik

76,4

105,7

Polietilen, min ton

93,6

92,9

Etilen, min ton

95,4

94,7

Metanol (metil spirti), min ton

150,1

52,5

Lak-boya məmulatları, ton

15 179,9

199,2

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

24 929,8

135,2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR