Azərbaycanda ötən ay 2,6 mln. tibbi maska istehsal olunub

Azərbaycanda ötən ay 2,6 mln. tibbi maska istehsal olunub
# 14 iyun 2021 17:17 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda 12,4 mln. ədəd tibbi maska istehsal edilib. Bu, illik müqayisədə 8,3 dəfə çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Təkcə may ayında ölkədə 2,6 mln. ədəd maska istehsal olunub ki, bu da aprel ayı ilə müqayisədə dəyişməz olaraq qalıb.

Qeyd edək ki, iyunun 1-nə ölkədə hazır maska ehtiyatı 2,8 mln. ədəd təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR