Azərbaycanda "Premium" və "Super" markalı benzinin qiymətlərinə dəyişiklik ediləcək - VİDEO

Azərbaycanda "Premium" və "Super" markalı benzinin qiymətlərinə dəyişiklik ediləcək - VİDEO
# 14 sentyabr 2021 23:17 (UTC +04:00)

Sabahdan (15 sentyabr tarixində) Azərbaycanda “Aİ-95” ("Premium") və “Aİ-98” ("Super") markalı benzinin qiymətlərinə dəyişiklik ediləcək.

"APA-Economics"in məlumatına görə, “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 1,6 manat, “Aİ-98” markalı benzinin qiyməti isə 1,9 manat civarında formalaşa bilər.

Lakin bu rəqəmlərin dəqiq olmadığı, qiymətlərin qeyd olunanlardan fərqlənə biləcəyinə dair məlumatlar var. Hələlik məsələ ilə bağlı aidiyyəti qurumlar hər hansı açıqlama verməyib. Qiymət dəyişikliyinə dair rəsmi məlumatın sabah yayılacağı gözlənilir.

Hazırda "Premium"un 1 litrinin qiyməti 1,45 manat, "Super" markalı benzinin qiyməti isə 1,6 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR