Azərbaycanda qaz istehlakı son 10 ildə 40%-dək artıb

Azərbaycanda qaz istehlakı son 10 ildə 40%-dək artıb
# 22 noyabr 2021 16:34 (UTC +04:00)

Azərbaycanda qaz istehlakı son 10 ildə (2011-2020-ci illər) 39,4% artaraq 2020-ci ilin nəticələrinə görə, 12,53 mlrd. kubmetrə çatıb.

"APA-Economics"in Qaz İxrac Edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum – GECF) illik statistik bülleteninə istinadən verdiyi məlumata görə, 2019-cu ildə Azərbaycanda 11,79 mlrd. kubmetr, 2011-ci ildə isə 8,99 mlrd. kubmetr qaz istehlak edilib.

Sənədə əsasən, son 10 ildə Azərbaycan qazın ixracını 2,13 dəfə artaraq 2020-ci ildə 13,4 mlrd. kubmetrə çatıb. Belə ki, 2019-cu ildə bu göstərici 11,81 mlrd. kubmetr, 2011-ci ildə isə 6,29 mlrd. kubmetr olub.

Bülletendə qeyd olunur ki, 2020-ci ildə Azərbaycan 0,15 mlrd. kubmetr qaz idxal edib, bu da 2019-cu ilin göstəricisi ilin göstəricisindən (1,4 mlrd. kubmetr) 9,3 dəfə, 2011-ci ilin göstəricisindən (0,25 mlrd. kubmetr) isə 40% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR