Azərbaycanda qaz kəmərlərindəki itkilər 12% azalıb

Azərbaycanda qaz kəmərlərindəki itkilər 12% azalıb
# 24 avqust 2021 15:14 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycanda qaz kəmərlərində 25,3 mln. kubmetr itki olub, bu da illik müqayisədə 11,8% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin yanvar-iyun aylarında respublika üzrə qaz kəmərlərində itkilər 28,7 mln. kubmetr təşkil edib.

Qeyd edək ki, ötən il Azərbaycanda qaz kəmərlərində 54,4 mln. kubmetr itki olub, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,9% çoxdur.

Xatırladaq ki, bu ilin birinci yarısında Azərbaycanda magistral qaz kəmərləri ilə 17 072,4 mln. kubmetr qaz nəql edilib. Bu, illik müqayisədə 9,5% çoxdur. Qazın nəqlinin 49%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. hesabat dövründə bu kəmərlə 8 368,5 mln. kubmetr qaz ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 43,5%-lik artım).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR