Azərbaycanda qazlaşma səviyyəsi son 12 ildə 34 faiz bəndi artıb

Azərbaycanda qazlaşma səviyyəsi son 12 ildə 34 faiz bəndi artıb
# 01 iyul 2021 17:04 (UTC +04:00)

"Azəriqaz" İstehsala Birliyi SOCAR-ın tabeçiliyinə veriləndən (2009-cu ilin iyul ayından) Azərbaycanda qazlaşma səviyyəsi 34 faiz bəndi artıb.

Bunu "APA-Economics"ə "Azəriqaz"ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.

Onun sözlərinə görə, əgər İB SOCAR-ın tabeçiliyinə veriləndən əvvəl ölkədə qazlaşma səviyyəsi təxminən 62% səviyyəsində idisə, hazırda bu göstərici 96% təşkil edir.

Ucqar və dağlıq rayonlarının qazlaşması məsələsinə toxunan T. Cəfərov onu da qeyd edib ki, ötən illər ərzində bu istiqamətdə işlər aparılıb və bunlar bu və gələcək illərdə də davam etdiriləcək.

Bununla yanaşı, "Azəriqaz" nümayəndəsi onu da xatırladıb ki, kommunal xidmətlərlə bağlı strateji yol xəritəsinə uyğun olaraq, ucqar yaşayış məntəqələrinin təkcə təbii qazla deyil, digər alternativ enerji mənbələri ilə təminatı məsələsinə də baxılır.

"Müqayisə aparılmalıdır, ucqar kəndlərin təbii qazla təmin etmək daha rentabellidir, daha səmərəlidir, yoxsa digər alternativ enerji mənbələri ilə", - T. Cəfərov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR