Azərbaycanda qızıl hasilatı apreldə cüzi azalıb - CƏDVƏL

Azərbaycanda qızıl hasilatı apreldə cüzi azalıb - CƏDVƏL
# 19 may 2021 16:52 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 127,2 kq qızıl hasil edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,1% azdır.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. Təkcə aprel ayında isə 297,7 kq qızıl istehsal olunub ki, bu da mart ayı ilə müqayisədə 0,3% azdır.

Hesabat dövründə ölkədə 1 628,4 kq gümüş istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,4% çoxdur. Təkcə aprel ayında isə 420,2 kq gümüş hasil olunub ki, bu da mart ayı ilə müqayisədə 4,6% artıb.

Məhsul növləri

Yanvar-apreldə istehsal

İllik müqayisə, %

Mis filizləri və konsentratları, ton

869,3

17,4

Qiymətli metal filizləri və konsentratları, kq

2 755,6

5,5

o cümlədən:

qızıl

1 127,2

-5,1

gümüş

1 628,4

14,4

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR