Azərbaycanda sənaye istehsalı 3% yaxın artıb

Azərbaycanda sənaye istehsalı 3% yaxın artıb
# 10 sentyabr 2021 12:37 (UTC +04:00)

Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-avqust aylarında 32,1 mlrd. manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sənayenin neft-qaz sektorunda məhsul istehsalı 0,3% azalıb, qeyri neft-qaz sektorunda isə 18,4% artıb.

Məlumata görə, sənaye məhsulunun 62,5 faizi mədənçıxarma sektorunda, 31,6%-i emal sektorunda, 5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 1,4% azalıb, əmtəəlik qaz hasilatı isə 14,6% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR