Azərbaycanda sənaye istehsalı 5% artıb

Azərbaycanda sənaye istehsalı 5% artıb
# 11 noyabr 2021 12:20 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-oktyabr aylarında 41,9 mlrd. manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 20% artıb.

Məlumata görə, sənaye məhsulunun 63,1%-i mədənçıxarma sektorunda, 31,3%-i emal sektorunda, 4,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Qeyd olunur ki, mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,1% azalıb, əmtəəlik qaz hasilatı isə 22% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR