Azərbaycanda sənaye istehsalı cüzi azalıb

Azərbaycanda sənaye istehsalı cüzi azalıb
# 15 iyul 2021 12:29 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 0,3% azalaraq 23,1 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, azalma neft-qaz sektorunda məhsul istehsalının 3,2% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,6 faiz artıb.

Məlumata görə, sənaye məhsulunun 62,6%-i mədənçıxarma, 31,3%-i emal, 5,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

“Sənayedə qeyri-dövlət sektorunun payı 81,9% olub. Ümumi istehsalın 90,7 faizi sənaye məhsullarının istehsalı, 9,3%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb”, - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR