Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı 15% artırıb

Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı 15% artırıb
# 15 iyul 2021 10:24 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycanda küləklə işləyən stansiyalar 45,9 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,6% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvar-iyun aylarında günəş enerjisi ilə işləyən stansiyaların tərəfindən isə 25,6 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (artım 14,8%).

Qeyd edək ki, bu ilin birinci yarısında Azərbaycanda 12 373,1 mln. kVt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin dörd ayı ilə müqayisədə 2,7% çoxdur.

Ölkədə istehsal edilə edilən elektrik enerjinin 11 159,1 mln. kVt-saat istilik (artım 2,3%), 755,5 mln. kVt-saat su elektrik (artım 13,5%) stansiyaların payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR